Çapa göndər
Gülağa Tənha Yuğlama...

20 iyul 2020 - 15:00

 "Qızıl yarpaq, Tənha səs ” müsabiqəsinin növbəti iştirakçısı, ifasında fərqliliyi ilə seçilən Həlimət Sultandır. O, sazın müşayiətilə Gülağa Tənhanın “Dağlar”, “Bülbülüm” və “Bu axşam” şeirlərinin birləşdirərək kompazisiya şəkilinədə çıxış edir. Video görüntülərdən də məlum olur ki, bu nömrə tamaşaçılar və müəllif tərəfindən maraqla qarşılanmışdır. Redaksiyamızda olan məlumata görə “Dağlar” şeiri, xeyriyyəçi – şair Gülağa Tənha tərəfindən, atası Məmi kişinin məzarı qarşısında yazılmışdır. Ataların əziz xatirəsinə... - həsr olunmuş həmin çıxışı, video link bölməsində izləyə bilərsiniz.

 

 


DAĞLAR

Qara dərd üstün gəlir,
Yol alım hara, dağlar?
Namərd düşmən əlindən
Gəldim zinhara, dağlar.
Sellər-sular çağladı,
Yollarımı bağladı.
Dərd sinəmi dağladı,
Üz sürtüm qara, dağlar.
Gözü dolan dərdimi,
Rəngi solan dərdimi,
Tel-tel olan dərdimi
Yelinlə dara, dağlar!
Masallı, 24 mart, 1983

 

 

BÜLBÜLÜM

 

Ürəyimin nəvasını eşitdim,
Qəhərimin davasını eşitdim,
Bir çırpıntı havasını eşitdim,
Gün-günorta belə səsdə, bülbülüm.
Göz yaşımı qanadına hörmədim,
Lələyindən məlhəmimi dərmədim,
Ömür ötdü, bir gülünü görmədim,
Sən maraqda, sən həvəsdə, bülbülüm.
İstəyimi yollarında yorardım,
Daş hasarı dırnağımla yarardım,
Oxusaydın yatağımdan durardım,
Son anımda, son nəfəsdə, bülbülüm.
Səsin donuq ürəkləri kəsirdi,
Qəlbim duyğu ovsununa əsirdi.
Dünya bizə qəsd eləyir, nə sirdi,
Sən – qəfəsdə,
mən – qəfəsdə, bülbülüm.
Moskva, 20 may, 1985

 

***

Yaman kövrəlmişəm sənsiz gözəlim
Yadıma düşmüsən yenə bu axşam
Ürəyim uçunur sənsizləmişəm,
Əlim necə çatsın sənə bu axşam?!...

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенхa