15 iyun 2020 - 12:00
Milli Qurtuluş Günü münasibətilə Azpress.az - saytı Azərbaycan xalqını təbrik edir, dövlətimizə daha da möhkəmlənib dünyada, insanlarımızın yaxşı yaşayış şəraitinə və stabilliyinə görə seçilməsini diləyirik! Bu yolda hər bir vətəndaş məsuliyyətlə Azərbaycanımızın gələcəyini düşünərək, özünü formalaşdırmalı və ətraf mühitə də mədəniyyət aşılamalıdır. Budur babalarmızdan qalan "Azərbaycan" adlı mirasın, xilas yolu...
Gülağa Tənha "Vətəndaş olaq!" şeiri
qiraətçi: Sevinc Hüseynova
ud: Yasəf Eyvazov
VƏTƏNDAŞ OLAQ!...
Dil açıb Vətənə ana demişəm,
Vətənim – anamdı, anam – Vətəndi!
Udduğum havadı, içdiyim sudu,
Damarımda axan qanım – Vətəndi!
Yurda bağlananın, yurddaş olanın
Ocağı – Vətəndi, közü – Vətəndi!
Vətəndi bulağı, qayası, daşı,
Çəməni – Vətəndi, düzü – Vətəndi!
Canında-qanında od olmayanın,
Fikri, düşüncəsi qəpiyə dəyməz.
Vətənin adına ad olmayanın
Vətənsiz yaşamaq qəddini əyməz.
Gəl Vətən naminə yanaq, yaxılaq,
Bir bədən üstündə ayıq baş olaq.
Demirəm ucalaq uca göylərə,
Çölündə, düzündə qara daş olaq…
Vətəndaş olaq!
Vətəndaş olaq!
Bakı, 17 noyabr, 2005
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха