14 iyun 2020 - 12:00
Gülağa Tənha yaradıcılığı: ifa edir gənc qiraətçi Azər Abdullayev
Hazırlanmış video klip ilk dəfə Azpress.az - saytı tərəfindən yayımlanır.
Qara röyaları mən sürmə dedim gözlərimə,
Ömürümdən üzülən illərə röya dedilər.
Neçə illər bəşərin dərdinə dönmüşdü Kərəm,
Dərdbilənlər yığışıb dərdimə dərya dedilər.
Nə güman eyləmisən el gözünü, el sözünü,
Üzünə şəmsi-qəmər, adına Leyla dedilər.
Səhraları dolaşan Qeysə görə batdı qəmə,
Gördülər rəngi solub, dünyaya səhra dedilər.
Bir Gülağası idim öz elimin, öz obamın,
Sözümə şəhdi-şəkər, özümə Tənha dedilər.
May, 2003
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха