29 aprel 2020 - 15:00
Qəzəlin vətəni Ərəbistandı, Qəzəl qəsidənin nəsib hissəsindən yaranmış və alimlərin fikirincə İran xalqları ədəbiyyatından da qidalanmışdır. "Ərəb ədəbiyyatında ilk qəzəlxan şair Ömər ibn Əbu Rəbiə (655-712) sayılır. Ömər, yaradıcılığıda gözəlləri və məhəbbəti vəsf edərək yığcam, 6-8 beytlik qəzəllər yazmış və ərəb qəzəl ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tarixə düşmüşdür". Hər şair öz qəlbinin süzgəcindən duyduğu kimi, hiss etdiyi, gördüyü gözəlliyi əks etdirir və bununla dünyaya sanki qəlbinin böyüklüyünü və dərinliyini göstərmiş olur. Növbəti qəzəl xeyriyyəçi - şair Gülağa Tənhanın "ola" rədifi ilə yazılmış qəzəldir. İfa edir əməkdar artist İlkin Əhmədov.
* * *
Elə istədim mənim sənkimi bir yarım ola
Gözümün nuru ola, könlümün dildarım ola
Hara getsə dizinə sığal çəkəydi gözlərim
Hər ayaq basdığı yer külli-çəmənzarım ola
Tanrının qarğışıdır, yoxsaki bəxtim belədir?!
Etmərəm dəxi şikayət yar sitəmkarım ola
Tənhanın çəkdiyi qəm Məcnuna rəhmət oxunur,
Cövrü - cəfaya düşən bir ömürlük karım ola
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха