Çapa göndər
Bakıda DƏHŞƏTLİ HADİSƏ: 3 yaşlı uşaq pəncərədən yıxılıb öldü

24 dekabr 2019 - 15:10

Bakıda ehtiyatsızlıqdan pəncərədən yıxılan 3 yaşlı uşaq dünyasını dəyişib.
 

Canveten.az xəbər verir ki, bu barədə lent.az -a 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Xəstəxanadan daxil olan xəbərə görə, 2016-cı il təvəllüdlü Hüseynova Elif Bəhruz qızı bu gün səhər saatlarında ölüb.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Valideyn nəzarətindən kənar qalan 3 yaşlı E.Hüseynova binanın 3-cü mərtəbəsindən yıxılıb. O, ağır xəsarətlə 1 saylı xəstəxanaya yerləşdirilib.