Çapa göndər
Zaqatala rayonunda zəlzələ olub YENİLƏNİB

11 avqust 2019 - 02:17

Avqustun 10-da Zaqatala stansiyasından 18 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 4.9 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:35-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.