16 aprel 2019 - 13:12
Hörmətli millət vəkimiz Tahir Mirkişili açıqlama verib ki ölkəmizdə DRON istifadəsinə məhdudiyyət yoxdur.
Amma dərhal əlavə edib ki , DRON gətirənlər müvafiq dövlət qurumuna müraciət edib icazə almalıdırlar. Səbəb kimi də BAŞ VERƏ BILƏCƏK hər hansı hadisənin qarşısının alınmasını göstərib
Mövcud qanunvericiliyə görə dron gətirilməsi və istifadəsi üçün icazə alınmalı olan müvafiq dövlət qurumları bunlardır :
1. NRYTN
2. DTX
3. MN
4. XDMX
5. DSX
Tahir müəllimi anlamağa çalışıram , amma alınmır :)
Necə ola bilər ki, 4-5 nəhəng dövlət qurumundan icazə tələb olunan, istifadəsi məhdudlaşdırılan siyahıya salınan DRON üçün məhdudiyyət yoxdur deyilsin.
Düşünürəm ki, yenə NRYTN ondan yaxşıymış. Bu qurum, sektorda tənzimləmə aparmaq əvəzinə sadəcə başını aşağı salıb , sakitcə anlaşılmaz bir DRON olimpiadası da keçirdi.
Cənablar, düşünürəm ki, belə anlaşılmaz bəyanatlar verib baş qatmaqdansa inkişafa və innovasiyaların tətbiqinə mane olan hüquqi normativ aktları dəyişmək daha doğru olardı.
Heç olmasa belə açıqlamalar verəndə onu nəzərə alın ki , Prezident bu ilin əvvəli innovasiyaların inkişafı ilə bağlı Fərman da imzalayıb.

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )