Çapa göndər
Türkiyədə onlayn alış-veriş saytı 10,7 milyon lirə cərimələndi

02 oktyabr 2018 - 21:36

Türkiyənin Rəqabət Qurumu "Sahibinden Bilgi Teknolojileri Pazarlama ve Ticaret AŞ"ni (sahibinden.com) hakim vəziyyətini sui-istifadə etməsi səbəbilə 10 milyon 680 min 425,98 lirə cərimələyib. 
 

"Bİ.az" xəbər verir ki, Rəqabət Qurumunun internet saytında yer alan məlumatlara görə, "sahibinden.com" bazardakı hakim vəziyyətindən sui-istifadə edərək avtomobil, əmlak satışı və kirayəsi xidmətlərində yüksək qiymət tətbiq edib. Bu yolla şirkət "Rəqabətin Qorunması Haqqında" Qanununun "hakim vəziyyətin sui-istifadə edilməsi" ilə bağlı maddəsini pozub. 
 

"Rəqabət Qurumu səs çoxluğu ilə şirkətin bu bazarlarda ifrat qiymət tətbiqi yolu ilə hakim vəziyyətini sui-istifadə etdiyi qərarına gəlib",- açıqlamada deyilir.
 

Bu səbəblə "sahibinden.com" 10 milyon 680 min 425,98 lirə cərimələnib.