24 yanvar 2019 - 22:52
Azərbaycanda uzun müddət axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Minval.info”ya verilən məlumata görə, əməliyyat Qəbələ RPŞ və İsmayıllı RPŞ əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Mais Məcidov saxlanılıb.
Faktla bağlı cinayət işi davam edir.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )