Çapa göndər
Bakıda maraqlı hadisə – Telefonu oğurlayıb sahibinə məktub yazdı (+ Foto)

27 dekabr 2018 - 22:45

Bakıda maraqlı hadisə baş verib.

Minval.info xəbər verir ki, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən playstation klubda oğurluq olub. Belə ki, orada çalışanlardan biri olan Məhəmməd adlı gəncin mobil telefonu oğurlanıb.

Hadisənin maraqlı tərəfi budur ki, oğurluq edən şəxs bunu etməyə məcbur olduğunu qeyd etdiyi məktubla telefonun sahibinə üzrxahlıq edib: “Salam, Məhəmməd, necəsən? Mən neçə vaxtdır iş axtarırdım, tapa bilmirdim. Qaqam, dünən sənə qarşı pislik etdim, telefonu apardım. Uşağım xəstədi və 67 manat dərman pulu lazım idi. Telefonu da 45 manata satdım. Qaqa, səbrli ol! İşləyim, gələn ay pul yığıb, telefon alıb verəcəm. Müdirə de, bir az köməklik üçün səbrli olsun. Vallah işləyim, gələn ay alacam, verəcəm. Sağ ol”.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )