05 noyabr 2018 - 09:36
2018-ci ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 840 nəfər artıb.
"BI" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 8 ayda paytaxtda işləyənlərin sayı 704 771 nəfərə çatıb. Bu müddətdə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi də 0,7% artaraq 787,3 manata çatıb.
Paytaxtda ən yüksək orta əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. Burada muzdlu işçilərin orta aylıq gəliri 1 462,1 manat olub. Muzdlu işçilərin sayının ən az olduğu məkan da Pirallahıdır - 8 111 nəfər.
Siyahıda orta aylıq əməkhaqqının məbləğinə görə ikinci yerdə Səbail rayonu durur - 1 430 manat. Qaradağda isə bu məbləğ 1 042,7 manat olub.
Muzdlu işçilərin sayı ən çox olan rayon isə Nəsimidir. Yanvar-avqust aylarında burada 159 min 339 nəfər işçi qeydə alınıb.
2018-ci ilin yanvar-avqust ayları üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqının səviyyəsi digər rayonlar üzrə belə dəyişib:
|
|
2018-ci ilin yanvar-avqust aylarında muzdlu işçilərin sayı (nəfər) |
2018-ci ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı (manat) |
|
Bakı şəhəri - cəmi *) |
704 771 |
787,3 |
|
o cümlədən rayonlar: |
||
|
Binəqədi |
45 236 |
449,3 |
|
Qaradağ |
25 171 |
1 042,7 |
|
Xəzər |
30 458 |
731,5 |
|
Səbail |
112 106 |
1 430,5 |
|
Sabunçu |
27 411 |
499,0 |
|
Suraxanı |
19 236 |
571,4 |
|
Nərimanov |
66 445 |
518,1 |
|
Nəsimi |
159 339 |
655,3 |
|
Nizami |
43 692 |
650,2 |
|
Xətai |
63 212 |
773,7 |
|
Yasamal |
104 354 |
690,6 |
|
Pirallahı |
8 111 |
1 462,1 |