Çapa göndər
Məhkəmə "AccessBank"ın şikayətini icraata götürdü

31 oktyabr 2018 - 14:36

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, “Access Bank” QSC-nin idarə heyətinin məhkəmə aktlarından verdikləri şikayətə baxılıb. 

Şikayətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə Plenumun noyabrın 30-na təyin edilən iclasında baxılacaq.