Çapa göndər
Bakının ən məşhur restoranı sökülür 

29 oktyabr 2018 - 17:31

Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan “Təndir” sökülür.

"Bİ" xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb. “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə Bakının ən məşhur restoranı sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq.

Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.